...

Azərbaycan prezidenti Yevlax, Bərdə və Ağdama gedəcək

Siyasət Materials 27 Fevral 2006 19:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 1-də ölkənin Yevlax, Bərdə və Ağdam rayonlarına səfər etmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycan prezidentinin mətbuat xidmətində bildirilib. Dövlət başçısı bu məqsədlə fevralın 28-də həmin regiona yola düşəcək.

Prezident bir sıra obyektlərin açılışında iştirak etmək, ictimaiyyətlə, eləcə də rayon rəhbərləri ilə görüş keçirmək niyyətindədir.

Xüsusilə, Ağdam rayon İcra hakimiyyətinin şöbə müdiri Çingiz Quliyev Trend ə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev martın 1-də Ağdam rayonuna getmək niyyətindədir. Onun sözlərinə görə, Ağdama səfər çərçivəsində prezident İ.Əliyev Bənövşələr qəsəbəsində olacaq, eləcə də Quzannılar kəndində Olimpiya idman kompleksinin təməlqoyma mərasimində iştirak edəcək. Prezidentin həmçinin rayon ictimaiyyəti və rəhbərliyi ilə görüşü planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti