...

Brüsseldə Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığa dair danışıqlar aparılacaq

Siyasət Materials 1 Mart 2006 16:20 (UTC +04:00)

Martın 7-də Brüsseldə "Avropa qonşuluq siyasəti" təşəbbüsü çərçivəsində Azərbaycan və Avropa Birliyi arasında məsləhətləşmələrin növbəti raundu keçiriləcək. Bu barədə Trend ə Xarici işlər nazirliyindən məlumat verilib.

Gözlənildiyi kimi, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Mahmud Məmədquliyev təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə ölkənin müxtəlif nazirlik və idarələrinin nüimayəndələri daxil olacaq.

Xatırladaq ki, 2005-ci il dekabrın 12-də Bakıda Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan və Avropa Birliyi arasında fəaliyyət Planının müzakirələrinə rəsmi start verilib. O zaman Bakıya Avropa Komissiyasının Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiya ofislərinin rəisi Yuq Minqarelli gəlmişdi. Qarşıdakı görüşdə tərəflər vahid fəaliyyət Planının işlənib hazırlanması üçün təqdim olunmuş layihələrin variantlarının müzakirəsini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti