...

YAP-ın təkrar seçkilərdə 5 vahid namizədi olacaq

Siyasət Materials 2 Mart 2006 16:50 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin qərarına əsasən təkrar seçkilərdə 5 seçki dairəsi üzrə vahid namizəd müəyyənləşdirilib. Bu barədə Trend ə YAP-ın icra katibinin müavini, parlamentin vitse-spikeri, millət vəkili Bahar Muradova bildirib.

B.Muradova onu da qeyd edib ki, YAP tərəfindən 6 noyabr parlament seçkilərində də bütün seçki dairələri üzrə namizədlər irəli sürülməmişdi: "Nəzərə almışdıq ki, bəzi dairələrdə bizim dəstəkləyəcəyimiz namizədlər vardı. Bu proses təkrar seçkilərdə də təkrarlanır".

Qeyd edək ki, 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə YAP-ın vahid siyahısı üzrə 9 saylı Binəqədi seçki dairəsindən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, 110 saylı Zaqatala seçki dairəsindən Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin rəisi Rizvan Vahabov, 119 saylı Ağdam kənd seçki dairəsindən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və 42 saylı Sumqayıt seçki dairəsindən Məcid Kərimovun namizədliyi irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti