...

Azərbaycan prezidenti Tokioda səfərdədir

Siyasət Materials 7 Mart 2006 13:14 (UTC +04:00)
Azərbaycan prezidenti Tokioda səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev martın 7-də Yaponiyaya rəsmi səfər edib. Azərbaycanın Tokiodakı səfirliyindən Trend ə verilən məlumata görə, səfər zamanı dövlət başçısını xanımı Mehriban Əliyeva müşayiət edir.

İlham Əliyev hava limanından xüsusi ayrılmış iqamətgaha gedib.

Azərbaycan prezidentinin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun məlumatına görə, martın 7-dən 10-dək davam edəcək səfər zamanı prezident çoxsaylı görüşlər keçirəcək. Bu sıraya Yaponiyanın imperatoru və baş naziri ilə görüşlər də daxildir. Bu görüşlərdə qarşılqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılacaq. İ.Əliyev Yaponiyanın iri şirkətləri, o cümlədən Itochu, Inpex-in rəhbərləri, beynəlxalq əməkdaşlıq üzrə beynəlxalq agentliyin prezidenti, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbərləri ilə görüşmək niyyətindədir.

Prezident, həmçinin, digər tədbirlərdə, o cümlədən Azərbaycan-Yaponiya iqtisadi forumunda iştirak edəcək. Bu forumda Azərbaycanın müəyyən rəsmi qurumlarının rəhbərləri və işgüzar şəxslərin iştirakı gözlənilir.

Danışıqların yekunları üzrə ikitərəfli sənədlərin imzalanması gözlənilir. Belə ki, Yaponiyanın baş naziri və Azərbaycan prezidenti birgə bəyanat qəbul edəcək, hər iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum, o cümlədən texniki iqtisadi əməkdaşlığa dair saziş imzalanacaq.

Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseynin Trend ə əvvəlcədən verdiyi məlumata görə, İlham Əliyevi və onun xanımı Mehriban Əiyevanı Yaponiyanın imperatoru Akihito və imperatriçası Mitiko qəbul edəcək. Həmçinin, ölkənin baş naziri Dzüintiro Koidzumi ilə geniş tərkibdə danışıqlar aparılacaq və ikitərəfli sənədlər imzalanacaq. Onun sözlərinə görə, İlham Əliyev Beynəlxalq Münasibətlər İnstitutunda Yaponiyanın görkəmli siyasi xadimləri, işgüzar dairələrinin nümayəndələri və xarici ölkələrin səfirləri qarşısında mühazirə oxuyacaq. Prezident, həmçinin, Yaponiyanın bir sıra iri şirkətlərinin rəhbərləri, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, Azərbaycanın bu ölkədəki yeni səfirliyinə baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti