...

Mübariz Qurbanlı: "Milli Məclis danışmaq ünvanıdır, ancaq hər şeyi danışmaq olmaz"

Siyasət Materials 7 Mart 2006 17:08 (UTC +04:00)

Milli Məclis danışmaq ünvanıdır, ancaq hər şeyi danışmaq olmaz. Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı parlamentin martın 7-də keçirilən iclasında müxalifətçi millət vəkillərinin toxunduğu məsələlərə münasibətini açıqlayaraq bildirib.

Qeyd edək ki, parlamentin növbəti iclasında müxalifətçi millət vəkillərindən Qüdrət Həsənquliyev və Fazil Qəzənfəroğlu Dağlıq Qarabağ problemi ilə bağlı parlamentdə qapalı dinləmələrin keçirilməsi və Müdafiə Nazirliyində islahatların aparılması barədə fikirlər bildiriblər. Millət vəkili Pənah Hüseyn isə "Azadlıq" qəzetinin əməkdaşının bıçaqlanması ilə jurnalistlərin hüquqlarının pozulması və təzyiqlərlə üzləşdiklərini söyləyib.

M.Qurbanlı bildirib ki, Dağlıq Qarabağla bağlı Azərbaycan dövlətinin tutduğu mövqe bütün dünyaya bəllidir: "Burada qaranlıqt qalan məqam yoxdur ki, bununla bağlı parlament səviyyəsində dinləmələr aparılsın". Millət vəkili mərhum prezident Heydər Əliyevin parlamentdə sözügedən məsələ ilə bağlı dinləmələr aparıldığını xatırladaraq müxalifətdən olan liderlərin bu dinləmələrdə iştirak etməkdən boyun qaçırdığını qeyd edib.

YAP rəsmisi qeyd edib ki, hüquq-mühafizə orqanlarının araşdırmasının nəticəsini gözləmədən hansısa qəzetin əməkdaşının təzyiqlərə məruz qalmasını parlament səviyyəsinə çıxarmağın özü qəbuledilən deyil.

Xəbər lenti

Xəbər lenti