...

Martın 16-da İsrailin Azərbaycandakı səfirliyində bu ölkənin parlamentinə seçkilərlə bağlı səsvermə keçiriləcək

Siyasət Materials 14 Mart 2006 11:50 (UTC +04:00)

Martın 16-da İsrailin Azərbaycandakı səfirliyində bu ölkənin parlamentinə (knesset) seçkilərlə bağlı səsvermə keçiriləcək. Bu barədə Trend ə səfirliyin mətbuat xidmətindən məlumat verilib.

Səsvermədə İsrail diplomatları, o cümlədən bu ölkənin müvəqqəti olaraq Azərbaycan ərazisində olan vətəndaşları iştirak edəcək. "Qutu ümumi səslərin hesablanması üçün İsrailə göndəriləcək", - deyə səfirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, İsrail parlamentinə seçkilər 2006-cı il martın 28-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti