...

Milli Məclisin dörd daimi komissiyasının iclası keçirilib

Siyasət Materials 15 Mart 2006 20:42 (UTC +04:00)

Milli Məclisin mədəniyyət daimi komissiyasının martın 15-də keçirilən növbəti iclasında "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihəsi müzakirə olunub. Trend xəbər verir ki, iclasda parlament sədrinin müavini Bahar Muradova və mədəniyyət və turizm naziri Əbülfəz Qarayev iştirak edib.

Müzakirələrdə qanun layihəsi ilə bağlı öz fikirlərini bildirən sənət və elm adamları, millət vəkilləri kadr potensialının hazırlanması, teatrların texniki imkanları, bazar iqtisadiyyatı şəraitində qeyri-dövlət teatrlarında sahibkarlığın səviyyəsi və digər vacib məsələlər diqqətə çatdırılıb. Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi parlamentin müzakirəsinə çıxarılıb.

Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyalarının da növbəti iclası keçirilib. İclasda insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında konvensiyanın 14 saylı protokolunun təsdiq edilməsi barədə, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarınə əlavələr və dəyişikliklər edilməsi haqqında məsələlər müzakirə olunub.

Parlamentin həmin gün sosial siyasət daimi komissiyasının iclasında isə "Veteranlar haqqında" qanununa əlavə və dəyişikliklər edilməsi haqqında və "Əhaliyə onkoloji yardım haqqında" qanun layihələri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti