...

Çexiya və Avropa parlamentlərinin üzvü Jan Brezina Milli Məclisdə görüş keçirib

Siyasət Materials 15 Mart 2006 20:55 (UTC +04:00)

Parlamentin aqrar-siyasət daimi komissiyasının sədri Eldar İbrahimov martın 15-də Çexiya və Avropa parlamentlərinin üzvü Jan Brezina ilə görüşüb. Trend xəbər verir ki, görüşdə Azərbaycan-Çexiya əlaqələrinin vəziyyəti və iki ölkənin parlamentləri arasındakı mövcud əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

E.İbrahimov Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə qonağa məlumat verib. Millət vəkili son vaxtlar ermənilərin beynəlxalq ictimaiyyətin diqqətini bu problemdən yayındırmaq məqsədilə guya Naxçıvanda erməni qəbristanlığının dağıdılması barədə şayiələrinin reallıqdan uzaq olduğunu qeyd edib. E.İbrahimov istər Çexiya, istərsə də Avropa parlamentində münaqişə barədə həqiqətlərin yayılmasına yardımçı olacaq.

J.Brezina bildirib ki, məsələyə münasibətdə obeyktivliyini qoruyacaq.

Xəbər lenti

Xəbər lenti