...

Andar Şukputov: "Qazaxıstan neftin nəqlinə dair sazişin imzalanması ilə bağlı Azərbaycanın cavabını gözləyir"

Siyasət Materials 23 Mart 2006 14:27 (UTC +04:00)
Andar Şukputov: "Qazaxıstan neftin nəqlinə dair sazişin imzalanması ilə bağlı Azərbaycanın cavabını gözləyir"

"Qazaxıstan öz neftinin BTC boru kəməri ilə nəqli şərtlərinə dair saziş layihəsinin imzalanması məsələsi ilə bağlı Azərbaycanın cavabını gözləyir". Trend in xəbər verdiyi kimi, bu barədə martın 23-də keçirilmiş mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov bəyan edib.

Onun sözlərinə görə, saziş layihəsi sonuncu dəfə ötən il Qazaxıstanda müzakirə olunub. "Müəyyən razılaşmalar əldə olunsa da, indiyədək bütün danışıqlar təsərrüfat subyektləri - Azərbaycan Dövlət Neft şirkəti və "Kazsunayqaz" səviyyəsində aparılıb və sənəd hər iki ölkənin digər müvafiq nazirlik və idarələrində razılaşdırılmalıdır", - deyə səfir qeyd edib. Onun sözlərinə görə, Qazaxıstanın bütün nazirlik və idarələrində razılaşdırılmış saziş layihəsi Azərbaycana göndərilib.

"Əgər Azərbaycan tərəfi də bu prosedurdan uğurla keçsə və hər hansı dəyişiklik olmasa, yaxın vaxtlarda saziş imzalanacaq", - deyə səfir bəyan edib. O vurğulayıb ki, hətta cüzi dəyişkliklər yer aldığı təqdirdə belə, bu, əlavə danışıqlar və vaxt tələb edir. A.Şukputov qeyd edib ki, onda olan məlumata görə, prinsipial açıqlamalar olmamalıdır.

Səfir onu da əlavə edib ki, BTC Qazaxıstan neftinin ixrac variantlarından biridir və hazırda 10-12 mln ton neftin nəqli ilə bağlı məsələyə baxılır.

Xəbər lenti

Xəbər lenti