...

ARDNŞ "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində $750 mln. kreditin alınması barədə razılaşma imzalayıb

Siyasət Materials 24 Mart 2006 18:27 (UTC +04:00)
ARDNŞ  "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində $750 mln. kreditin alınması barədə razılaşma imzalayıb

Azərbaycan Dövlət Neft Şirkətinin "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi çərçivəsində $750 mln. kreditin alınması ARDNŞ-ə PSA razılaşması üzrə AÇG-də gəlirli neftin iri həcmləri üzrə öz hüququnu bərpa etməyə imkan verəcək. Trend in məlumatına görə, bu barədə martın 24-də ARDNŞ-in prezidenti Rövnəq Abdullayev müxtəlif Avrlpa bankları tərəfindən sindikatlaşdırılmış $750 mln. məbləğində kredit vəsaitinin verilməsi barədə razılaşmanın imzalanması zamanı bildirib.

BNP Paribas tərəfindən təşkil olunan və zəmanət verilən $750 mln. vəsaitin verilməsi çərçivəsində ARDNŞ-ə məxsus olan Azerbaijan (ACG) Limited (AzACG) şirkətinin maraqlarını Chadbourne & Parke təqdim edir.

R.Abdullayevin sözlərinə görə, Azərbaycan beynəlxalq maliyyə bazarlarındakı kredit əməliyyatları üzrə etibarlı imic və dövlət zəmanəti olmadan böyük məbləğdə kreditlərin alınması təcrübəsi əldə edəcək.

Kredit vəsaiti ARDNŞ-in 10%-lik paya sahib olduğu "Azəri-Çıraq-Günəşli" layizəsi çərçivəsində xərclərə yönələcək. Kredit vəsaiti həmçinin, Exxon Azerbaijan Limited and Turkiye Petrolleri A.O. qarşısında borcların ödənilməsinə də imkan verəcək.

ARDNŞ üçün krediti BNP Paribas təşkil edib. Kredit sindikatına dünyanın 14 iri bankı daxildir.

Xəbər lenti

Xəbər lenti