...

2007-ci ildə Bakıda "Qadınların demokratiya şəbəkəsi" Ümumdünya qurultayı keçiriləcək

Siyasət Materials 25 Mart 2006 14:23 (UTC +04:00)

ABŞ-ın Benyəlxalq Respublikaçılar İnstitutunun (IRI) təşəbbüsü ilə yaradılan "Demokratiyanın qadın şəbəkəsi" Ümumdünya qurultayı 2007-ci ildə Bakıda keçiriləcək. Bu barədə Trend ə müstəqil siyasətçi Aytən Şirinova bu yaxınlarda Vaşinqtonda bu şəbəkənin yaradılması üzrə keçirilən konfransın yekunlarını şərh edərkən bildirib.

"Dəqiq tarix hələ müəyyən edilməyib. Lakin biz konfransın vaxtının Ümumdünya qadınlar günü ilə eyni vaxta təyin etməyə çalışacağıq",- deyə A.Şirinova bildirib. Bu zaman o, çalışdığını bildirib ki, şəbəkənin Avropa və Asiya üzrə regional icraçı Şurası da Bakıda yerləşsin.

Konfransın iştirakçılarının dəqiq siyahısı müəyyən edilməsə də, iştirakçıların səviyyəsinin çox yüksək olacağı gözlənilir. "Misal üçün, ABŞ-dan dövlət katibi Kandoliza Rays və digər rəsmi şəxslər gələ bilərlər",- deyə politoloq hesab edir.

Xatırladaq ki, Vaşinqton konfransının işində iştirak edən Afrika, Asiya, Avrasiya, Latın Amerikası, Yaxın Şərq və ABŞ-ın qadın təşkilatlarının məşhur liderləri Ağ Evə baş çəkərək prezident C.Buş və onun xanımı Laura Buşla görüşüblər.

Konfransda ABŞ dövdət katibinin demokratiya və qlobal məsələlər üzrə müavini Paula Dobryanski (Paula J. Dobriansky), İspaniyanın keçmiş xarici işlər naziri Anna Palasio (Ana Palacio) və Kanadanın keçmiş baş naziri Kim Kampbell (Kim Campbell) çıxış edib.

IRI-nin təşəbbüskarı olduğu Demokratiyanın Qadın Şəbəkəsi bütün dünyada qadın liderlər arasında münasibətlərin inkişafını nəzərdə tutur. Şəbəkə qadınların siyasi, vətəndaş və iqtisadi fəaliyyətlərini təşviq edir, dəstəkləyir və regional şəbəkələrin yaradılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti