...

Azərbaycanda yaşayan ukraynalılar "Naşa Ukraina" blokuna səs verib

Siyasət Materials 27 Mart 2006 14:06 (UTC +04:00)

Azərbaycanda Ukrayna parlamentinə seçkilərlə bağlı aparılmış səsvermənin yekunlarına görə, "Naşa Ukraina" bloku birinci yerdədir. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı səfirliyinin müşaviri İqor Kezima bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasında Ukrayna səfirliyinin üçüncü xarici seçki məntəqəsində 102 seçici iştirak edib. Onlardan 59 nəfəri "Naşa Ukraina" blokuna, 25 nəfər Regionlar Partiyasına, 8 nəfər Yuli Timoşenkonun blokuna, 4 nəfər Ukrayna Sosialist Partiyasına, qalanlar isə digər partiya və bloklara səs verib.

Səsvermə protokolları dünən Ukrayna MSK-ya göndərilib.

Xəbər lenti

Xəbər lenti