...

Antanas Valionis: Litva prezidentinin Bakıya qarşıdakı səfəri iki ölkə arasında əməkdaşlığın güclənməsinə təkan verəcək

Siyasət Materials 3 Aprel 2006 15:27 (UTC +04:00)
Antanas Valionis: Litva prezidentinin Bakıya qarşıdakı səfəri  iki ölkə arasında əməkdaşlığın güclənməsinə təkan verəcək

Trend in Litvanın xarici işlər naziri ilə müsahibəsi

- Siz Azərbaycanla Litva arasındakı ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz? Litva Azərbaycanla əlaqələri hansı istiqamətdə inkişaf etdirmək istərdi?

- Tarixi təcrübəyə əsaslanan dostluq əlaqələrinə malik Azərbaycanı və Litvanı gəlcəkdə çiçəklənən, təhlükəsiz Avropada yaşamaq kimi ümumi maraqlar birləşdirir.

Hərçənd ki, bu münasibətlər, xüsusilə iqtisadi sahədə daha da intensiv ola bilər. Biz Azərbaycanla münasibətlərin inkişafında maraqlı olan biznesmenlərimizdən müraciətlər alırıq və mən ümid edirəm ki, prezident Valdas Adamkusun apreldə Bakıya səfəri ölkələr arasında əməkdaşlığın güclənməsinə təkan verəcək.

Avropa ilə Cənubi Qafqaz arasında enerji ehtiyatlarının tranziti infrastrukturunun potensial inkişafı energetika sahəsində əməkdaşlığın inkişafı üçün gözəl imkanlar verə bilər.

Mən həmçinin, mədəni əlaqələrin inkişafı, xalqlarımız arasında əlaqələrin dirçəlməsi, Litva ilə Azərbaycan arasında turizmin inkişafı perspektivlərini də görürəm.

Azərbaycan Avropa və Avroatlantika strukturlarına meylli olduğunu elan edir. Litvanın inteqrasiya təcrübəsi hələ kifayət qədər çox deyil və biz onu sizin ölkənizlə bölüşməyə hazırıq. Regional əməkdaşlıq sahəsində böyük təcrübə əldə edərək biz hər şeydən əvvəl bu cür təcrübə mübadiləsini regional səviyyədə əsaslandırmağı təklif edirik. Bu əsas 3+3 təşəbbüsüdür ki, (3 Baltik və 3 Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq) onun keçirilməsi ümumi səylərdən asılıdır.

- Litva prezidenti Valdas Adamkusun Bakıya qarşıdakı səfəri gedişində hansı məsələlər müzakirə olunacaq? Səfərin tarixi müəyyən edilibmi?

- Düşünürəm ki, Litva prezidentinin aprel ayına planlaşdırılmış səfərinin gündəliyi hər iki tərəfi maraqlandıran müəyyən sahələrdə ikitərəfli əməkdaşlıq sahəsində, AB və NATO-ya inteqrasiya, energetika təhlükəsizliyi kimi əsas məsələləri əks etdirir. Regional məsələlər və Baltik-Qara dəniz-Xəzər dənizi çərçivəsində əməkdaşlıq müzakirələr üçün əsas məsələlər olacaq. Azərbaycanın qarşıdakı " Ümumi qonşuluq üçün ümumi görüntülər" adlı konfransda yüksək səviyyədə iştirakı gözlənilir ki, orada biz regionumuzun gələcəyini müzakirə edəcəyik.

Səfərin dəqiq tarixi müəyyən olunacaq və yaxın vaxtlarda elan ediləcək.

- Litva Azərbaycanda səfirlik açmağı planlaşdırır. Bu istiqamətdə hansı işlər həyata keçirilir?

- Görürəm ki, şayiələr Cənubi Qafqazda çox tez yayılır. Biz həqiqətən də regiondakı diplomatik nümayəndədliklərimizi gücləndirmək istəyirik. Hazırda Bakıda səfirliyimizin açılması imkanlarını müəyyən edirik və mən ümid edirəm ki, tezliklə konkret nəticələr alınacaq. Biz həm də Azərbaycanın Vilnüsdə səfirliyinin açılacağına da ümid edirik.

- NATO-nün üzvü kimi Litva Azərbaycanın Avroatlantika strukturlarına inteqrasiyasına necə yardım göstərə bilər?

- Litva Azərbaycanın alyansa daxil olmağa çalışmasını alqışlayır. Dəqiq desək, biz NATO-ya doğru yolda keçdiyimiz bütün dərsləri sizinlə bölüşməyə hazırıq.

Litva və Azərbaycan bu sahədə artıq yaxşı əməkdaşlığa malikdir. Biz bir neçə il ərzində müdafiənin müxtəlif sahələrində əməkdaşlıq edirik. Bizim təhlükəsizlik və müdafiə sektoru baxımından əməkdaşlığımız, Atlantikaya inteqrasiya üçün hüquqi bazanın və əlaqələndirmə mexanizminin qurulması Azərbaycan-NATO - Fərdi əməkdaşlığın Fəlaiyyət planının həyata keçirilməsində sizin ölkəniz üçün xüsusilə maraqlı ola bilər.

- Litva Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi? Ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər hansı bir təşəbbüslə çıxış etməyi planlaşdırırmı?

- Litva da qonşuları ilə münasibətdə mürəkkəb tarixi vəziyyətlərlə üzləşib. Müstəqillik əldə etdikdən sonra bizim əsas məqsədimiz keçmişi unutmadan, qonşularla dostluq münasibətlərini möhkəmləndirmək üçün gələcək naminə işləməkdir. Bu, bütün regionunun əmin-amanlığı üçün zəruri şərtdir.

Ona görə də hər bir dövlətin ərazi bütövlüyünə riayət ediləcəyinə əmin olaraq hesab edirik ki, bu prinsiplə bağlı olan istənilən münaqişə sülh yolu ilə həll olunmalıdır. Biz tezliklə sizin regionda sülhün bərqərar olacağına ürəkdən inanırıq.

Xəbər lenti

Xəbər lenti