...

Azərbaycan prezidenti ABŞ dövlət departamentinin nümayəndələrini qəbul edib

Siyasət Materials 3 Aprel 2006 19:17 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 3-də ABŞ dövlət departamenti yanında planlaşdırma üzrə direktor Stefen Krazner və ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müşaviri Mətyu Brayzanı qəbul edib.

Dövlət başçısı qeyd edib ki, iki ölkə arasındakı qarşılıqlı münasibətlər uğurla inkişaf etdirilir. O, iki ölkə arasındakı tərəfdaşlığın regionun inkişafı üçün çox mühüm amil olduğunu bildirib. İ.Əliyevin sözlərinə görə, görüş ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan olub. Dövlət başçısı ümid etdiyini bildirib ki, Azərbaycanla ABŞ arasındakı əməkdaşlıq bundan sonra da genişləndiriləcək.

Öz növbəsində, S. Krazner qeyd edib ki, onun ölkəsi dünyanın qaynar nöqtələrində, xüsusilə Əfqanıstan və Kosovoda terrorizmlə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. O, Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafından məmnunluğunu bildirib və qeyd edib ki, iki ölkə arasındakı münasibətlər mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti