...

Azərbaycan və Argentina ikitərəfli əməkdaşlığa dair iki sənəd imzalayıb

Siyasət Materials 4 Aprel 2006 12:44 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Argentinaya səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafına dair iki sənəd imzalanıb. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat və informasiya siyasət idarəsinin rəisi Tahir Tağızadə nazirin Argentiyana səfərini şərh edərkən məlumat verib.

Onun sözlərinə görə, səfər E.Məmmədyarovun argentinalı həmkarı Korxe Tayane ilə görüşündən başlayıb. Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri, gələcəkdə Buenos-Ayresdə Azərbaycan səfirliyinin açılması ilə bağlı məsələlər, o cümlədən yüksək səviyyədə səfər mübadiləsi planları, xüsusilə Argentina XİN başçsının Azərbaycana səfərinin perspektivləri müzakirə olunub. Nazirlər danışıqların yekunları üzrə iki sənəd imzalayıb: Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum və diplomatik pasportlara malik şəxslərin vizasız səfərinə dair Saziş.

Argentinaya səfəri çərçivəsində E.Məmmədyarov Federal Xidmətlər Dövlət investisiyaları və planlaşdırma üzrə nazir Xulio Migel de Vido ilə görüşüb. Bundan başqa, naziri Senat sədri və ölkənin vitse-prezidenti Daniel Skiole də qəbul edib. Azərbaycanın XİN başçısı səfər zamanı Buenos-Ayresdə akkreditə olunmuş KİV nümayəndələrinin suallarını da cavablandırıb. O, xüsusilə regiondakı vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində göstərilən səylər, Azərbaycanın inkişafı və ölkədə aparılan siyasi, iqtisadi və sosial islahatlar, Xəzərin enerji ehtiyatlarının işlənib-hazırlanması haqqında məlumat verib.

Argentinada səfərini başa vuran nazir bu gün Braziliyaya yola düşüb. Onun ölkənin inkişaf, sənaye və xarici ticarət nazirinin müavini İvan Qimarayeş Ramalio ilə görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti