...

Rino Harniş: "ABŞ inanır ki, 2006-cı il Dağlıq Qarabağ münaqişəsi üçün həlledici olacaq"

Siyasət Materials 4 Aprel 2006 16:27 (UTC +04:00)

"ABŞ inanır ki, 2006-cı il Dağlıq Qarabağ münaqişəsi üçün həlledici olacaq". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə aprelin 4-də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bildirib.

ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişə ölkələrinin prezidentləri və xarici işlər nazirləri arasında aparılmış danışıqları həmişə dəstəkləyib və münaqişənin sülh yolu ilə nizamlanmasında öz rolunu artırmaq üçün bundan sonra da səylərini əsirgəməyəcək. "Biz münaqişənin sülh yolu nizamlanması istiqamətində Azərbaycan və Ermənistanın səylərini dəstəkləyirik", - deyə səfir qeyd edib.

ABŞ Dövlət Departamentinin hesabatını şərh edən diplomat vurğulayıb ki, ABŞ özünün insan hüquqlarına dair hesabatlarında hər zaman qeyd edir ki, Azərbaycanın ərazilərinin 16%-dən çoxuna nəzarət olunmur və bu ərazilərdə insan hüquqlarının müdafiəsi məsələsi Azərbaycanın səlahiyyəti xaricindədir. Qeyd edək ki, bu hesabatda ABŞ hökuməti öz vətəndaşlarına təhlükəsizlik məqsədilə nəzarətsiz ərazilərə səfər etməməyi məsləhət görür.

Xəbər lenti

Xəbər lenti