...

ABŞ Azərbaycan ərazilərinin minadan təmizlənməsi üçün yardımı davam etdirmək niyyətindədir

Siyasət Materials 4 Aprel 2006 17:06 (UTC +04:00)

ABŞ Azərbaycan ərazilərinin minadan təmizlənməsində maliyyə və texniki yardımı davam etdirmək niyyətindədir. Trend bildirir ki, aprelin 4-də mina təhlükəsi ilə mübarizə üzrə Beynəlxalq xəbərdarlıq və dəstək gününə həsr olunmuş tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bu barədə bəyan edib.

Səfirin sözlərinə görə, Azərbaycan ərazilərinin minadan təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) fəaliyyətə başlamasından etibarən ABŞ hökuməti $17 mln.həcmində yardım edib və gələcəkdə, Azərbaycan əraziləri azad olunduqdan sonra da bu yardımı davam etdirmək niyyətindədir. R.Harniş ANAMA ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və qeyd edib ki, "ayrılan maliyyə vəsaitlərini qəpiyinədək sərf edən" agentliyin səmərəli fəaliyyətini qeyd edib. ANAMA bu məsələdə ABŞ hökumətinin ərazilərin minadan təmizlənməsi sahəsində əməkdaşlıq etdiyi 27 ölkə üçün yaxşı nümunə ola bilər.

Səfir ANAMA-ya Azərbaycanın azad olunmuş ərazilərinin minadan təmizlənməsində bu təcrübədən istifadə etmək arzusunu bildirib.

ANAMA-nın direktoru Nazim İsmayılov agentliyin ABŞ hökuməti ilə əməkdaşlığını müsbət qiymətləndirib və bunun uzunmüddətli olduğununu qeyd edib. Agentliyin direktorunun sözlərinə görə, indiyədək Azərbaycan ərazilərinin 22 mln.m2 sahəsi minadan təmizlənib, 13 mindən çox mina və döyüş sursatı zərərsizləşdirilib və məhv edilib. Amma o, qeyd edib ki, hələ bir çox işlər görülməlidir. Hazırda işğal altında olan 350-400 mln.m2 ərazilərinin minadan təmizlənməsi üçün Azərbaycana təxminən 10 il və $400 mln. lazımdır.

Xəbər lenti

Xəbər lenti