Aprelin 6 -da Böyük Britaniyanın Milli Audit Ofisinin (National Audit Office - NAO) baş auditoru ser Con Born Azərbaycanın bir sıra iqtisadi yönümlü strukturlarının nümayəndələri ilə görüşlər keçirib. Trend in verdiyi məlumata görə, Azərbaycanın Hesablama Palatasında (HP) keçirilən görüşdə Vergilər, Maliyyə nazirliklərinin, Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinin, Auditorlar Palatasının, QHT-in, bu sahədə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri və rəhbərləri iştirak edib.
Görüşdə Böyük Britaniyada bir sıra sahələrin auditinin keçirilməsinin əsas istiqamətləri barədə çıxış edən C.Born korrupsiya hallarının qarşısının alınması və şəffaflığın mövcud olmasının zəruriliyi, auditor tədbirlərinin yekunları və digər məsələlərə toxunub.
Onun sözlərinə görə, Britaniyanın Milli Audit Ofisinin Azərbaycanın HP ilə birgə paralel yoxlamalar aparacağı istisna edilmir. "Əgər tərəflər belə qərara gəlsələr, bunu tədbirlər planına daxil etmək olar", - deyə o göstərib.
C.Bornun işgüzar səfəri aprelin 5-də başlanıb.