Azərbaycan Respublikası ilə İran İslam Respublikası səhrədindəki keçiddə sadələşdirilmiş rejim tətbiq olunacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Sadələşdirilmiş rejim nəticəsində sərhədin 45 kilometrliyində daimi yaşayan vətəndaşların səfərlərinin sayı 12-yə çatdırılacaq. İcazə verilməyən məntəqələr istisna olmaqla İİR-in və Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə səfər etmək mümkün olacaq. Bununla əlaqədar viza əldə olunması da asanlaşacaq. Belə ki, səfirlik və baş konsulluqlar səfər edən şəxsə 3 ay 20 gün müddətinə ölkədə qalmaq hüququ verən giriş vizasını 3 gün ərzində verəcəklər. Viza alan zaman rüsum ödənilməyəcək.