...

MDB ölkələri başçılarının növbəti iclası Düşənbədə keçiriləcək

Siyasət Materials 11 Aprel 2006 13:08 (UTC +04:00)

MDB ölkələri başçılarının növbəti iclası mayın 25-də Düşənbədə keçiriləcək.

Bu barədə Trend ə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

İclasın gündəliyinə 20-yə yaxın məsələ daxil edilib. Hazırda bu məsələlərin bir çoxu hazırlanma və razılaşdırılıma mərhələsindədir. Hökumət başçıları "Terrorçuluq və ekstremizmin digər təzahürləri, cinayətkarlıq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə MDB-nin hökumətlərarası proqramının həyata keçirilməsinin gedişi", "İnformasiya və rabitə sahəsində MDB dövlətlərinin qanunvericiliyinin uyğunlaşdırılması"na dair hesabatları dinləyəcək.

Azərbaycanı iclasda baş nazir Artur Rəsizadənin təmsil edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti