...

Azərbaycan prezidenti Ilham Əliyev Türkiyə Milli Təhlükəsizlik Təşkilatinin rəisi Emre Taneri qəbul edib

Siyasət Materials 11 Aprel 2006 16:36 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 11-də Prezident sarayında Türkiyə Respublikası Milli Təhlükəsizlik Təşkilatının rəisi Emre Taneri qəbul edib.

Trend in xəbər verdiyi kimi, dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan-Türkiyə əməkdaşlığının bütün region üçün əhəmiyyətli olduğunu bildirən İlham Əliyev həyata keçirilən qlobal enerji layihələrinin və mövcud nəqliyyat dəhlizlərinin ölkələrimizin önəmini daha da artırdığını qeyd edib.

O, iki ölkənin bütün qurumları arasında sıx əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb və indiki səfərin təhlükəsizlik orqanları arasında əməkdaşlığın bundan sonra da inkişafına şərait yaradacağına əmin olduğunu bildirib.

Emre Taner Türkiyə-Azərbaycan əlaqələrinin region üçün önəmini vurğulayıb və qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına şərait yaratdığını bildirib. Qonaq iki ölkənin təhlükəsizlik orqanları arasında anlaşmanın çox yüksək səviyyədə olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti