Aprelin 26-da Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) növbəti, altıncı qurultayı keçiriləcək. Bu barədə Trend ə Milli QHT Forumundan məlumat verilib.
Qurultayda təşkilatın hesabatı açıqlanacaq. Eyni zamanda MQF-nin prezidenti seçiləcək. Həmçinin qurumun İdarə heyəti və Nəzarət Təftiş Komissiyasına seçkilər keçiriləcək.
Qeyd edək ki, MQF 300-dən çox qeyri-hökumət təşkilatını özündə birləşdirir. MQF-nin prezidenti, millət vəkili Azay Quliyev bildirib ki, qurultayda təşkilatın fəaliyyətinə, gördüyü işlərə, apardığı monitorinqlərə, gələcək planlarına dair məruzə ilə çıxış edəcək.