...

Azərbaycan prezidenti Balakəndə iri xəstəxananın təməlqoyma mərasimində iştirak edib

Siyasət Materials 12 Aprel 2006 12:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də Balakəndə yeni iri rayon xəstəxanasının təməlqoyma mərasimində iştirak edib. Trend in xəbər verdiyi kimi, ümumi sahəsi 14 min m2 olan 4 mərtəbəli xəstəxana 235 çarpayılıq olacaq. Bu xəstəxana Azərbaycan Dövlət Neft Şirkətinin vəsaiti ($ 13 mln) hesabına tikiləcək. Ayrılmış vəsaitin 10 mln dolları tikinti işlərinə, $3 mln isə - avadanlıqların alınmasına sərf olunacaq.

İlham Əliyev mərasimdə bəyan edib ki, bu xəstəxana son illər Azərbaycanda tikilmiş ən iri və müasir xəstəxanalardan biridir. Onun sözlərinə görə, cari ildə Bakı-Tiflis-Ceyhan boru kəməri istismara verildikdən sonra ölkənin iqtisadiyyatı daha da inkişaf edəcək. "Bizim vəzifəmiz hər bir Azərbaycan vətəndaşının real həyatda bu artımı hiss edə bilməsini təmin etməkdən ibarətdir", - deyə o vurğulayıb.

İlham Əliyev qeyd edib ki, hökumət qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verir və əhalinin 50%-nin kənd yerlərində yaşadığını nəzərə alaraq, kənd təsərrüfatına böyük diqqət ayrılır. Dövlət başçısı xatırladıb ki, cari ildə sahibkarlara dövlət büdcəsindən $100 mln vəsait ayrılacaq. Prezident regionda turzimin inkişafının vacibliyini də vurğulayıb və bildirib ki, bunun üçün lazımi infrastruktur yaradılır - yollar saınır, Zaqatalada hava limanı tikilir və s.

Xəbər lenti

Xəbər lenti