Çərşənbə günü Moskvada MDB ölkələrinin ədliyyə nazirləri Şurasının birinci iclası keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə RF Ədliyyə Nazirliyinin ictimai əlaqələr mərkəzindən məlumat verilib.
"İclasda MDB ölkələrinin cinayətlərin icra qanunvericiliyinin uyğunlaşdırılması ilə bağlı məsələlər müzakirə olunacaq ", - deyə mərkəzdən bildirilib. Bundan başqa, münasibətlərin hüquqi cəhətdən tənzimlənməsi, təhsil və ailə qanunvericiliyi sahəsində təcrübə mübadiləsinin aparılması planlaşdırılır.
MDB ölkələrinin ədliyyə nazirləri Şurasının yaradılmasına dair qərar 26 avqust 2005-ci ildə Kazanda imzalanıb. Bu barədə RİA "Novosti" xəbər verir.