...

Spiker Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Siyasət Materials 12 Aprel 2006 17:33 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov aprelin 12-də Çinin ölkəmizdəki səfiri Çjan Xayjou ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Parlamentin sədri deyib ki, Çin Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Rəsmi Pekinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ölkəmizdə yüksək qiymətləndirilir.

Ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixindən danışan Oqtay Əsədov, əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə dövlət səfəri zamanı imzalanan sənədlər, keçirilən biznes-forum və digər tədbirlər əlaqələrimizin inkişafında yeni mərhələ açıb: "Bu gün Azərbaycan sürətlə və hərtərəfli inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi 259 milyon dollara çatıb. İqtisadi əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var".

Səfir Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri U.Banqonun təbrikini Oqtay Əsədova çatdırıb. Bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra sürətlə inkişaf etmiş və dünya birliyində öz layiqli yerini tutub: "Rəsmi Bakının bir sıra məsələlərdə mövqeyimizi dəstəkləməsi Çində yüksək qiymətləndirilir. Çin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün əlindən gələni edəcək.

Xəbər lenti

Xəbər lenti