...

Polad Bülbüloğlu: Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb

Siyasət Materials 13 Aprel 2006 20:36 (UTC +04:00)
Polad Bülbüloğlu: Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb

Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bu barədə aprelin 13-də İTAR-TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiyada yeni təyin olunmuş səfiri Polad Bülbüloğlu etimadnaməsini ölkə prezidenti Vlladimir Putinə təqdim etmə mərasimindən əvvəl bəyan edib.

"Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq Moskva və Bakı arasında dostluq və etimadın möhkəmlənməsinə dəlalət edir. Rusiya və Azərbaycan yaxın və mehriban qonşudur. Əgər ölkələr arasında müəyyən problemlər varsa, o zaman bu problemləri həll etmək istəyi də var və buna səy də göstərilir", - deyə səfir vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya tərəfinə böyük ümidlər bəsləyir.

"2005-ci ildə Rusiyada Azərbaycan İli keçirilib. 2006-cı il isə Azərbaycanda Rusiya İli qeyd olunub. Bu, bizim qarşılıqlı fəaliyyətimizdə yeni mərhələ olacaq. 2006-cı ilin fevralında Vladimir Putin Azərbaycanda Rusiya İlinin açılış mərasimində iştirak edib. Mən əminəm ki, bu səfər gələcəkdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edəcək", - deyə diplomat vurğulayıb.

P.Bülbüloğlu qeyd edib ki, 2005-ci ildə ölkələr arasında mal dövriyyəsi 1 mlrd dolları keçib. O, 2006-cı ildə bu rəqəmin artacağına ümid etdiyini bildirib.

Polad Bülbüloğlunun etimadəsini V.Putinə təqdimetmə mərasimi bu gün Böyük Kreml Sarayının Aleksandrovsk zalında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti