...

Azərbaycan-Səudiyyə Ərəbistanı arasında hökumətlərarası komissiyanın növbəti iclası mayda keçirilə bilər

Siyasət Materials 14 Aprel 2006 10:42 (UTC +04:00)

Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyanın növbəti iclası 2006-cı ilin mayında keçirilə bilər.

Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

Bu, komissiyanın sayca 3-cü iclası olacaq. Azərbaycan tərəfi iclasın gündəliyinə daxil etmək istədiyi təkilfləri artıq hazırlayıb və Səudiyyə Ərəbistanı hökumətinə təqdim edib. Hazırda bu ölkə hökumətində həmin təkliflərə baxılır. Təkliflərdə iki ölkə arasında ticari-iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişafı öz əksini tapıb.

Xatırladaq ki, komissiyanın həmsədrləri Azərbaycanın baş nazirinin I müavini Yaqub Eyyubov və Səudiyyə Ərəbistanının sənaye və ticarət naziri doktor Haşim Abdulla Yəmənidir.

Xəbər lenti

Xəbər lenti