...

Mauresio Pavesi: Azərbaycan müxalifətindəki təfriqə onun zəifliyindən xəbər verir

Siyasət Materials 14 Aprel 2006 14:03 (UTC +04:00)
Mauresio Pavesi: Azərbaycan müxalifətindəki təfriqə onun zəifliyindən xəbər verir

Azərbacan müxalifətindəki təfriqə onun zəifliyindən xəbər verir. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 14 apreldə ATƏT-in Azərbaycandakı ofisinin rəhbəri Mauresio Pavesi müxalifətdə ayrı-ayrı bloklara parçalanma prosesini şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, hazırda ATƏT Azərbaycan iqtidarı və müxalifəti arasında dialoqun təşkilatçısı rolunda çıxış etməyi planlaşdırmır. Hələlik bu proses müvəqqəti olaraq təxirə salınıb.

Azərbaycanda keçiriləcək 13 may təkrar seçkilərinə toxunan diplomat bəyan edib ki, seçkiləri səfir Ayrensin rəhbərlik etdiyi ATƏT missiyası müşahidə edəcək.

ATƏT-in 10 nümayəndəsinin daxil olduğu missiya aprelin 24-də Azərbaycana səfər edəcək. Müşahidəçilər burada seçkilərin sonunadək olacaq.

"Mənə məlum olduğu kimi, gələn həftədən başlayaraq ölkədə siyasi aksiyalar başlayacaq. Hazırda isə vəziyyət sakitdir. Biz müşahidələrimiz əsasında rəyimizi söyləyəcəyik", - deyə ATƏT-in Bakı ofisinin rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti