Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinə (MSƏM) daxil olan siyasi təşkilatların Bakı və Sumqayıt şöbələri sədrlərinin toplantısı keçirilib. Bu barədə Trend ə MSƏM-in təsisçilərindən olan Milli Dirçəliş Hərəkatının (MDH) lideri Fərəc Quliyev bildirib.
Qeyd edək ki, MSƏM-də Azərbaycan Milli İstiqlal Partiyası, Ümid Partiyası, MDH, Tərəqqi Partiyası və Azərbaycan Milli Demokrat Partiyası təmsil olunur.
Toplantıda Dağlıq Qarabağ və regionda baş verən proseslərə münasibət bildirilib, bu məsələlərlə bağlı birgə tədbirlərin keçirilməsi qərara alınıb. F.Quliyev bildirib ki, MSƏM-in işçi qrupunun, mətbuat və informasiya qrupunun nümayəndələri də tədbirdə iştirak ediblər. Tədbir MDH-nin qərargahında keçirilib, iclasa F.Quliyev sədrlirk edib.