Kiyevdə GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) milli əlaqələndiricilərinin görüşü ilə bağlı hazırlıq işləri aparılır. Bu barədə Trend ə Azərbaycanın GUAM-dakı daimi nümayəndəsi Səbuhi Temirov məlumat verib.
GUAM-ın mayın sonlarında keçiriləck növbəti sammiti ərəfəsində təşkil olunacaq görüşdə dövlət başçıları arasında görüşün gündəliyinin müzakirə edilməsi planlaşdıırır. Gündəlik milli əlaqələndiricilər səviyyəsində razılaşdırılacaq və baxılmaq üçün XİNŞ- ə təqdim olunacaq. Öz növbəsində XİNŞ dövlət başçılarının sammitində baxılmaq üçün bu gündəliyi təsdiqləməlidir.
Onun sözlərinə görə, Ukrayna XİN-də sammitin keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb. Bu komitə artıq təşkilati işlərə başlayıb. Ukrayna tərəflərə sammitin mayın 22-23-də keçirilməsini təklif edib və bu tarix razılaşdırılır.
Dövlət başçılarının sammitində GUAM-ın beynəlxalq təşkilata çevrilməsi ilə bağlı nizamnamə sənədlərinin təsdiqlənməsi gözlənilir. Buunla əlaqədar sammitin başlanmasına qədər gündəliyin və imzalanacaq sənədlərin qəti surətdə razılaşdırılması üçün iştirakçı ölkələrin nümayəndələri səviyyəsində görüşün keçirilməsi gözlənilir.