...

6 azərbaycanlı müəllim ABŞ Dövlət Departamentində olub

Siyasət Materials 19 Aprel 2006 13:26 (UTC +04:00)

"Müəllimlər deyir ki, Azərbaycanın mədəniyyəti onun neftindən daha vacibdir". Trend agentliyinin məlumatına əsasən, ABŞ Dövlət Departamentinin saytı "usinfo.org" bu başlıq altında Azərbaycan müəllimlərinin səfərini işıqlandırıb.

Məqaləyə əsasən, Azərbaycan müəllimləri Amerika auditoriyasına izah edib ki, onların Xəzər dənizi sahilində yerləşən kiçik ölkəsi dünyaya "qara qızıl"dan da çox şey verə bilər.

"Azərbaycanda İslam ənənələri ilə dini dözümlük uzlaşır. Bu ölkə Avropa, Asiya və Yaxın Şərqi birləşdirən coğrafi və mədəni qovşaqdır. Digər millətlərlə daha çox münasibət quraraq, azərbaycanlılar ölkədə ənənə və dözümlülüyün tarazlılığını qoruyub saxlamağa çalışır" - deyə müəllimlər bildirib.

"Biz hamımız inteqrasiya yolunu tutmuşuq, yəni Qərbə məxsus bütün keyfiyyətləri kor-koranə mənimsəmək deyil, məhz inteqrasiya etmək" -deyə Bakı Dövlət Universitetinin tarix elmləri professoru Sevinc Ruintan bildirib. "Biz düşünmürük ki, yalnız biz başqalarından öyrənməliyik. Fikirləşirəm ki, bizdən də öyrənməli çox şey var" - deyə o vurğulayıb.

S. Ruintan digər 6 orta məktəb və universitet müəllimi ilə birgə martın 27-dən aprelin 14-dək Birləşmiş Ştatlarda Müsafir liderlərin beynəlxalq proqramı çərçivəsində səfərdə olub. Müəllimlər ABŞ-ın din və təhsil sahəsi ilə tanış olub.

"Azərbaycan həmişə çoxmillətli dövlət ölub" - deyə Milli Elmlər Akademiyasında əlyazamalar tədqiqatçısı Nailə Süleymanova bildirib. Onun dediklərinə görə, respublikada daim müsəlman, xristian və yəhudilər bir ailə kimi yaşayıb.

Xəbər lenti

Xəbər lenti