İranın nüvə proqramı dinc məqsədlərə yönəldilib və bunu gərginlik mənbəyi kimi qələmə vermək istyən bir sıra dövlətlər öz məqsədinə çatmayacaq. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 19-da Bakıya gəlişi zamanı İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccar bəyan edib.
O qeyd edib ki, bu istiqamətdə planlı iş aparılır və İran özunun nüvə proqramını dinc məqsədlərlə və milyonlarla iranlının tələb və istəyinə uyğun olaraq inkişaf etdirməkdə davam edəcək", - deyə o qeyd edib.
"Biz artıq bu işi bitirmişik və bu münasibətlə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənovun da iştirak etdiyi şənlik keçirmişik", - deyə nazir bildirib.
"Biz nüvə proqramının həyata keçirilməsində gərginlik mənbəyi görmürük və bunu davam etdirmək niyyətindəyik", - deyə M.M Nəccar sonda bildirib.