...

Səudiyyə Ərəbistanının XİN başçısı Azərbaycana səfər edəcək

Siyasət Materials 20 Aprel 2006 11:00 (UTC +04:00)

Səudiyə Ərəbistanının xarici işlər naziri şahzadə Səud əl Feysal iyunda Azərbaycana səfər edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Əli Həsən Cəfər bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının XİN başçısı Azərbaycana Bakıda keçiriləcək İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclasında iştirak üçün gələcək.

Hazırda bu səfərlə bağlı hazırlıq işləri aparılır. İclasda iştirak çərçivəsində nazir Azərbaycanın rəsmi şəxsləri ilə də bir sıra görüşlər keçirmək niyyətindədir", - deyə diplomat qeyd edib.

Səfir onu da bildirib ki, mayın 5-6-da Azərbaycanın XİN nümayəndə heyəti İKT XİN başçılarının iclasına hazırlıq üçün təşkilat ekspertlərinin növbəti iclasında iştirak etmək məqsədilə Ciddəyə səfər edəcək.

Xəbər lenti

Xəbər lenti