...

Azərbaycan-Polşa hökumətlərarası komissiyanın iclası sentyabrda keçiriləcək

Siyasət Materials 20 Aprel 2006 18:14 (UTC +04:00)

Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası bu ilin sentyabrında keçiriləcək. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Hökumətlərarası komissiyanın yaradılması barədə sərəncamı bu günlərdə prezident imzalayıb. Sərəncama görə, komissiyanın həmsədri iqtisadi inkişaf naziri Heydər Babayev təyin edilib. Polşa tərəfdən komissiyanın tərkibi artıq müəyyən edilib və onun rəhbəri ölkənin iqtisadiyyat naziri Pyotr Voznyak təyin edilib.

Yaxın vaxtlarda tərəflər əməkdaşlığın inkişafı üçün perspektivli sahələri müəyyən edəcək, fəaliyyət planlarını müəyyən edəcək və öz təkliflərini təqdim edəcəklər.

Xəbər lenti

Xəbər lenti