...

Elmar Məmmədyarov: Azərbaycan hesab edir ki, İran məsələsinin diplomatik yolla həlli mümkünlüyü hələ tükənməyib

Siyasət Materials 22 Aprel 2006 12:01 (UTC +04:00)

"İran regional ölkə, regional liderdir və biz bu məsələnin diplomatik yolla həlli mümkünlüyünün tükənmədiyini hesab edirik". Bu barədə Trend agentliyinin "Azərtac"a istinadən yaydığı məlumata əsasən, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib. "Hər bir ölkə MAQATE-nin nəzarəti altında atom energetikasını sülh məqsədləri üçün inkifaş etdirmək hüququna malikdir" - deyə nazir vurğulayıb.

Azərbaycan prezidentinin ABŞ-a səfəri zamanı İran mövzusunun müzakirə olunub-olunmayacağını şərh edən E.Məmmədyarov bildirib ki, bu mövzuya regional siyasət kontekstində toxunula bilər. "Bizim qonşu İranla heç bir problemimiz yoxdur. Bizim ümumi sərhədimiz var. Buradan Ermənistanla münaqişə nəticəsində Azərbaycandan təcrid olunmuş Naxçıvana yük daşınması üçün yeganə yol keçir. İran bizim yaxın qonşumuzdur və bizi iqtisadi, mədəni, tarixi və dini baxımdan çox şey birləşdirir. Orada çoxlu azərbaycanlı yaşayır" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti