Mayın 23-də Düşənbədə MDB iştirakçısı olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 20-ci iclası keçiriləcək. Bu barədə Trend ə MDB-nin İcraiyyə Komitəsindən məlumat verilib.
İclasın gündəliyinə 15-ə yaxın məsələ daxildir. MDB xüsusi xidmət orqanlarının rəhbərləri beynəlxalq terrorizmlə mübarizə, qanunsuz silah, kimyəvi maddələr və insan alveri və daşınması məsələlərini müzakirə edəcəklər. Bir sıra dövlətlərarası layihələrin razılaşdırılması məsələləri də iclasın gündəliyinə daxil edilib.
Gözlənildiyinə görə, iclasda MDB-nin iştirakçısı olan bütün dövlətlərin, o cümlədən, Azərbaycanın nümayəndə heyəti iştirak edəcək.