Milli Məclisin iqtisadi siyasət daimi komissiyası tərəfindən üç qanın layihəsi parlamentin müzakirəsinə veriləcək. Bu barədə Trend ə adıçəkilən komissiyanın sədri Ziyad Səmədzadə bildirib.
Komissiya sədri bildirib ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun tətbiqi ilə əlaqədar "Yaşayış minimumu haqqında", "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara əlavə və dəyişikliklər edilib.
Z.Səmədzadə qeyd edib ki, təklif olunan əlavə və dəyişikliklər əsasən redaktə xarakterlidir. Əlavə və dəyişikliklər həmin qanunlarda mövcud olan boşluqları aradan qaldıracaq və onları daha da təkmilləşdirəcək. Sənədlər parlamentin növbəti iclaslarının birində millət vəkilləri tərəfindən müzakirə olunacaq.