...

"Sosintern"in baş katibi Azərbaycana səfərini təxirə salıb

Siyasət Materials 27 Aprel 2006 13:25 (UTC +04:00)

"Sosialist İnternsional" ("Sosintern") beynəlxalq təşkilatın baş katibi Luis Ayalanın aprel ayında Azərbaycana nəzərdə tutduğu səfər təxirə salınıb. Bu barədə Trend ə adıçəkilən təşkilata üzv olan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

A.Əlizadə bildirib ki, L.Ayala ilə "Sosintern"in mayın 19-20-də Moskvada keçirəcəyi növbəti toplantısında görüşəcəklər və onun Azərbaycana səfərinin tarixi müəyyənləşdiriləcək: "Digər məsələlər də müzakirə olunacaq ki, bu da sırf təşkilatın fəaliyyəti ilə bağlı olacaq".

Xəbər lenti

Xəbər lenti