...

Ciddədə İKT XİN ekspertlərinin görüşü keçiriləcək

Siyasət Materials 27 Aprel 2006 20:23 (UTC +04:00)

Mayın 5-6-da Ciddədə (Səudiyyə Ərəbistanı) İslam Konfransı Təşkilatının (İKT) xarici işlər nazirlikləri ekspertlərinin növbəti görüşü keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Ekspertlər iyunda Bakıda keçirilməsi planlaşdırılan İKT XİN başçılarının növbəti iclasını təşkil etməlidir. Ehtimallara görə, 57 İKT ölkəsinin XİN başçıları aktual siyasi, iqtisadi və mədəni problemləri, eləcə də islam aləmindəki hadisələrin inkişafını müzakirə edəcək.

OKT 1967-ci ildə Rabatedə (Mərakeş) keçirilən müsəlman ölkələri dövlət və hökumət başçılarının konfransında yaradılıb. Bu konfrans ildə üç dəfə keçirilir. İKT-nın siyasi orqanı qərargahı müvəqqəti olaraq Ciddədə yerləşən Baş katiblikdir.

Xəbər lenti

Xəbər lenti