...

Koreya prezidenti energetika və təbii ehtiyatlar sahəsində əməkdaşlığın inkişafı məqsədilə Azərbaycana gələcək

Siyasət Materials 1 May 2006 15:00 (UTC +04:00)

Koreya prezidenti Ro Myu Hyunun Azərbaycana rəsmi səfərində məqsəd energetika və təbii ehtiyatlar sahəsində əməkdaşlığın inkişafından ibarətdir. Trend in xəbər verdiyi kimi, bu barədə Koreya prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, səfər çərçivəsində energetika sahəsində əməkdaşlıq, təbii ehtiyatlardan istifadə və Orta Asiya ilə qarşılıqlı əlaqələrin inkişafı yolları müzakirə olunacaq. Bakıda aparılan danışıqlar hər iki ölkə arasında energetika, o cümlədən digər sahələrdə strateji işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan olacaq.

Ro Mu Hyun Koreyanın tarixində Azərbaycana səfər etmiş ilk dövlət başçısı olacaq.

Koreya Respublikasının rəhbəri Bakıya Monqolustandan gələcək, daha sonra isə Birləşmiş Ərəb Əmirliklərinə yola düşəcək. Bu üç dövlətə səfər 2006-cı il mayın 7-dən 15-dək olan dövrü əhatə edəcək.

Qeyd edək ki, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Koreya dövlət başçısının Bakıya səfəri mayın 10-dan 12-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti