...

Arif Qaraşov: Özəlləşdirilən müəssisələrin mülkiyyət hüquqlarının ötürlməsi üzrə funksiyalar Dövlət reyestri xidmətinə verilib

Siyasət Materials 3 May 2006 16:57 (UTC +04:00)
Arif Qaraşov: Özəlləşdirilən müəssisələrin mülkiyyət hüquqlarının ötürlməsi üzrə funksiyalar Dövlət reyestri xidmətinə verilib

Özəlləşdirilən müəssisələrin mülkiyyət hüququnun verilməsi səlahiyyətləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilib. Bu barədə jurnalistlərə Xidmətin rəhbəri Arif Qaraşov məlumat verib. İndiyə kimi bu funksiyalar Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsi tərəfindən yerinə yetirilirdi.

"Bizim Dövlət Komitəsi ilə birgə fəaliyyətimiz dövlət əmlakının özəlləşdirilməsindən və şəhadətnamələrin sahiblərinə verilməsindən sonra onların əsasında mülkiyyət hüququ Dövlət Reyestrində qeydiyyatdan keçiriləcək", - deyə Xidmətdən məlumat verilib.

Torpaq sahələri üzrə çıxarışlar ikinci torpaq bazarının fəallaşması və daşınmaz əmlakı girov əməliyyatları ilə əlaqədar Xidmətin ərazi şöbələrindən vahid sənəd əsasında torpaq üzrə aktlar və şəhadətnamələr üzrə reyestrdən çıxarış da alına bilər.

Qanunvericiliyiə görə, dövlət mülkiyyətində olan torpaqları Dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsi, bələdiyyə torpaqları isə yeril icra hakimiyyəti orqanları ilə razılaşdırma yolu ilə bələdiyyələr vətəndaşlara icarəyə verəcəklər. Yalnız bundan sonra hüquqi və fiziki şəxslər Dövlət Xidmətindən bu torpaqlar üzərində mülkiyyət hüququ əldə etmək üçün reyestrin çıxarışını ala bilərlər.

Xəbər lenti

Xəbər lenti