...

Avropa Qonşuluq Siyasəti çərçivəsində danışıqların növbəti mərhələsi mayın 15-də keçirilə bilər

Siyasət Materials 4 May 2006 16:12 (UTC +04:00)

Avropa Komissiyası Azərbaycanın Xarici İşlər Nazirliyini Bakıda Avropa Qonşuluq Siyasəti Milli Planının hazırlanması üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi tarixi barədə xəbərdarlıq edib. Avropa Birliyi Texniki yardım proqramının (Tacis) Azərbaycanda əlaqələndirmə Bürosunun icraçı direktoru Əsgər Ələkbərovun Trend ə verdiyi məlumata görə, ilkin olaraq o, mayın 15-nə təyin edilib.

Bu gün əlaqələndirmə bürosu Avropa Komissiyası ilə birgə Bakıda "Tacis-dən Avropa Qonşuluq Proqramına: nəticələr" mövzusunda seminar keçirilib.

Büronun direktor müavini Rüstəm Rüstəmlinin verdiyi məlumata görə, milli planın fəaliyyət müddəti adətən 3 ildən 5 ilə kimi məhdudlaşır, Azərbaycan üçün isə o, 5 il üçün nəzərdə tutulub. O hesab edir ki, üçüncü mərhələ 2005-ci il dekabrın 16-da başlayan danışıqların sonuncu mərhələsi olacaq və bu ilin sonuna kimi o, artıq işlənəcək. Moldova, Ukrayna, İsrail, İordaniya, Tunis, Mərakeş və Fələstin kimi ölkələrdə fəaliyyət planı artıq hazırdır və indi proqramın yerinə yetirilməsinin icrasına və monitorinqə hazırlıq aparılır.

Maliyyələşdirmə 2007-ci ildən başlayacaq və Tacis və MEDA proqramları çərçivəsində keçiriləcək. AQP-nın büdcəsi 2007-2013-cü illərdə 15 mlrd. avro həcmində nəzərdə tutulub ki, bu da 2000 və 2006-cı illərdəki maliyyələşmənin həcmindən iki dəfə çoxdur. Bu vəsait ölkələr arasında paylanacaq. AB texniki yardımla yanaşı, yeni maliyyələşdirmə vasitələri təqdim etməyə hazırdır.

R.Rüstəmlinin sözlərinə görə, Azərbaycan üçün fəaliyyət planının prioritet istiqamətləri müəyyən edilib. Onlar ölkədə demokratiyanın güclənməsindən, işgüzar və investisiya iqliminin yaxşılaşmasından, davamlı iqtisadi inkişafa dəstəkdən, AB ilə Azərbaycan arasında energetika və nəqliyyyat sahəsində əməkdaşlığın güclənməsindən ibarətdir.

Fəaliyyət planı razılaşdırıldıqdan sonra 2-3 il üçün nəzərdə tutulan indikativ proqram işlənib hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti