...

Zakir Qaralov: "Barmek-Azərbaycan" şirkətinin gələcək fəaliyyəti ilə bağlı son qərarı İqtisadi İnkişaf Nazirliyi verəcək

Siyasət Materials 5 May 2006 12:25 (UTC +04:00)
Zakir Qaralov: "Barmek-Azərbaycan" şirkətinin gələcək fəaliyyəti ilə bağlı son qərarı İqtisadi İnkişaf Nazirliyi verəcək

"Barmek-Azərbaycan" şirkətinin gələcək fəaliyyəti ilə bağlı son qərarı İqtisadi İnkişaf Nazirliyi verəcək. Trend in xəbərinə görə bu barədə Azərbaycanın baş prokruoru Zakir Qaralov məlumat verib.

Baş prokuror bildirib ki, Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən şirkətin fəaliyyəti ilə bağlı aparılan istintaqın gedişatında şirkətin 6 vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib.

"Barmek-Azərbaycan" şirkətinin rəhbərliyi Azərbaycan vətəndaşlarına məxsus 10 milyon dollara yaxın vəsaiti talan edərək Türkiyədəki və başqa ölkələrdəki banklara köçürüb. Hesab edirik ki, vətəndaşlara məxsus həmin pullar "Barmek-Azərbaycan" şirkətinin rəhbərliyi tərəfindən talan edilib. Eyni zamanda istintaq orqanı araşdırıb ki, şirkət rəhbərliyi tərəfindən dövlətə məxsus olan 26 min kv.m sahədə torpaq sahəsi hazırda həbsdə olan "Azpetrol" Şirkətinin təsisçisi Rafiq Əliyevin adına qeyri-qanuni olaraq özəlləşdirilib" - deyə baş prokuror qeyd edib.

Z.Qaralovun sözlərinə görə, "Barmek-Azərbaycan"la bağlı istintaqın həyata keçirilməsində heç bir məqsəd güdülmür. Sadəcə olaraq Koorrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiya hallarının araşdırılmasını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti