...

Məzahir Pənahov: "Seçki bülletenlərinin məntəqələrə paylanması ciddi mühafizə altında həyata keçirilir"

Siyasət Materials 10 May 2006 16:00 (UTC +04:00)
Məzahir Pənahov: "Seçki bülletenlərinin məntəqələrə paylanması ciddi mühafizə altında həyata keçirilir"

"Seçki bülletenlərinin məntəqələrə paylanmasında qanun pozuntularına yol verilə bilməz". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərlə söhbətində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

O, qeyd edib ki, seçki bülletenləri mayın 10-dan etibarən artıq seçki keçiriləcək bütün məntəqələrə paylanılıb. Məzahir Pənahov bildirib ki, bülletenlərin paylanılmasında saxtakarlıqlara, xoşagəlməz hallara yol verilməməsinə nəzarət etmək lazımdır: "Amma hesab edirəm ki, belə hallar baş verə də bilməz. Çünki bu proses ciddi mühafizə altında həyata keçirilir. Artıq seçki məntəqələri tamamilə seçkiyə hazırdırlar. Təkrar seçkini 6500-dən çox müşahidəçi izləyəcək"-deyə M.Pənahov məlumat verib.

Xəbər lenti

Xəbər lenti