...

Elmira Süleymanova: Azərbaycanın BMT-nin İnsan haqları üzrə Şurasına seçilməsi ölkədə insan haqlarının müdafiəsi səviyyəsinin etirafıdır

Siyasət Materials 10 May 2006 17:23 (UTC +04:00)
Elmira Süleymanova: Azərbaycanın BMT-nin  İnsan haqları üzrə Şurasına seçilməsi ölkədə insan haqlarının müdafiəsi səviyyəsinin etirafıdır

Azərbaycanın BMT-nin İnsan haqları üzrə Şurasına seçilməsi ölkədə insan haqlarının müdafiəsi səviyyəsinin, eləcə də BMT Şurası strategiyasının imkanlarının müəyyən edilməsi və onun proqramlarının reallaşdırılmasının etirafıdır. Bu barədə Trend ə ekzklüziv olaraq Azərbaycanın İnsan haqları üzrə müvəkkili (ombudsmanı) Elmira Süleymanova Azərbaycanın BMT-nin İnsan haqları üzrə Şurasına üzv seçilməsini şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, 1992-ci ildən Azərbaycan BMT-nin, 2001-ci ildən isə Avropa Şurasının üzvüdür. Azərbaycanın bütün müstəqilliyi ərzində ölkədə təkcə iqtisadi və siyasi islahatlar deyil, eləcə də hüquqi sahədə dəyihşikliklər keçirilib. Onun sözlərinə görə, 47 ölkə arasında Azərbaycanın BMT -nin insan haqları üzrə Şurasına seçilməsi ölkədə insan haqlarının müdafiəsi sahəsində əldə olunan səviyyənin etirafıdır",- deyə E.Süleymanova bildirib. Onun sözlərinə görə, bu akt, şübhəsiz,gələcəkdə Azərbaycanda insan haqlarının müdafiəsinin təkmilləşdirilməsində müsbət rol oynayacaq, eləcə də onun gələcəkdə beynəlxalq nüfuzunun yüksəlməsinə imkan verəcək.

Xatırladaq ki, Azərbaycan çərşənbə axşamı Baş Assambleyada keçirilən təkrar səsvermə nəticəsində Rusiya və Ukrayna ilə yanaşı BMT-nin İnsan haqları üzrə Şurasının üzvü seçilib. Azərbaycanın namizədliyini 103, Ukraynanın namizədliyini 109, Rusiyanın 137 nümayəndə heyəti təsdiqləyib.

Yeni orqanda dünyanın bütün regionları təmsil olunub. Asiyadan seçilən ölkələr arasında - Hindistan, İndoneziya, Çin, Pakistan, Saudiyyə Ərəbistanı, Yaponiya, Afrika ölkələri arasında Əlcəzair, Higeriya, CAR var. Latın Amerikasını - Braziliya, Argentina, Meksika, Kuba təmsil edir. Qərbi Avropadan Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə, Finlandiya seçilib. Bu qrupa Kanada da daxildir. Şərqi Avropanı Polşa, Çexiya Respublikası, Rumıniya, Macarıstan təmsil edir. Səsvermədən 24 ölkə, o cümlədən, Misir, Keniya, İran, İraq, Venesuela, Kolumbiya, Portuqaliya, Yunanıstan və İspaniya keçə bilməyib.

Ləğv olunmuş İnsan haqları üzrə komissiyanın əvəzində Şuranın yaradılması barədə qərar ötən ilin sentyabrında keçirilən sammitdə qəbul edilib. Komissiyanın ləğv edilməsinə səbəb onun işinin həddən artıq siyasiləşməsi və insan haqlarına riayət olunması sahəsində beynəlxalq ictimaiyyət qarşısında duran vəzifələrə tam cavab verməməsi idi.

Cenevarədə yerləşəcək Şuranın ilk iclası 2006-cı il iyunun 19-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti