...

Litvanın Baltic Surveys şirkəti exit-poll keçirilməsi prosesi üzrə ayrıca hesabat dərc edəcək

Siyasət Materials 10 May 2006 18:17 (UTC +04:00)

Litvanın "Baltijos Tyrimai" (Baltic Surveys) şirkəti Azərbaycanda 2006-cı il mayın 13-də təkrar parlament seçkiləri günü Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) tərəfindən keçiriləcək exit-poll (məntəqədən çıxarkən sorğu) üzrə ayrıca hesabat dərc edəcək. Bu barədə mayın 10-da Trend ə şirkətin direktoru, təkcə exit-poll keçirən şəxsləri məlumatlandırmayan, həm də sorğunun keçirilməsini müşahidə edəcək Rasa Alisauskiene məlumat verib.

"Bizdə səsvermənin yekunlarının öz əksini tapacaq ayrıca hesabat, eləcə də seçki zamanı topladığımız informasiya olacaq. Hesabat eləcə də, mayın 13-də gecə yarısına kimi IRI-nin rəsmi saytında yerləşdiriləcək",-deyə R.Alisauskiene bildirib və onun şirkətinin nümayəndələrinin respublikadakı 10 dairədə olacaqlarını qeyd edib.

Bununla yanaşı, "Baltic Surveys" şirkətinin direktorunun sözlərinə görə, şirkətin ekspert yardımı yalnız seçkilər üzrə metodologiyaya və konsultativ işlərə aiddir. "Biz hansısa siyasi qiymətləndirmə keçirmirik", -deyə o qeyd edib və onun rəhbərlik etdiyi şirkətin həm də beynəlxalq "Qallop" təşkilatının üzvü olduğunu da qeyd edib.

Qeyd edək ki, IRI Azərbaycandakı təkrar seçkilərdə exit-poll-u ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) tapşırığı ilə keçirir. Exit-poll-un əsas tərkib hissəsi isə Azərbaycanın 6 siyasi partiyasından olan müşahidəçilərin, eləcə də "Baltic Surveys" şirkətinin ekspert qiymətləndirməsi vasitəsilə həyata keçirilən şəffaflıq amilidir.

Xəbər lenti

Xəbər lenti