...

"Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurası təkrar seçkilərlə bağlı monitorinqin nəticələrini açıqlayıb

Siyasət Materials 11 May 2006 18:26 (UTC +04:00)

"Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurası 13 mayda keçiriləcək təkrar parlament seçkiləri ilə bağlı mayın 10-dək apardığı monitorinqin nəticələrini açıqlayıb. Trend in məlumatına görə, mayın 11-də nəticələrə dair KİV-lər üçün hesabat konfransı keçirilib.

Monitorinqin nəticələrinə görə, namizədlərin irəli sürülməsi prosesi, qeydiyyat üçün sənədlərin qəbul edilməsi qənaətbəxş olub. Namizədliyini irəli sürmək istəyən 218 nəfərdən 195 nəfərin sənədlərini qeydiyyat üçün təhvil verməsi yaxşı göstərici sayıla bilər. Bunlardan 154 nəfərin qeydiyyata alınmasına baxmayaraq, yalnız 7 nəfər rəsmi şikayət verib ki, bu da normal hesab oluna bilər. Seçici siyahıları ilə seçicilərin tanış edilməsi mərhələsi 09.03.2006-dan 08.04.2006 tarixinədək davam edib, lakin vətəndaşların siyahılarla tanış olması mərhələsində bəzi problemlər müəyyən olunub. Həmçinin vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin olunma problemi hələ də sonadək çözülməyib. Bəzi məntəqələrin hüdudlarının və ünvanlarının dəyişməsi haqqında seçicilərə vaxtında məlumat verilməyib. Seçkiğabağı təbliğat mərhələsində namizədlərin platformalarının asılması üçün stendlərin həcmlərinin və sayının az olması, bəzi namizədlərin inzibatı resurslardan istifadə etməsi halları müşahidə olunub.

Monitorinqə görə, seçki ilə əlaqədar şikayətlərə baxılmasında şəffaflıq yoxdur, bu barədə MSK və DSK-lar yalnız statistik rəqəmlər verirlər. Monitorinqin nəticəsinə görə, aşkarlanan nöqsan və çatışmazlıqlar seçicililərin fəallığına mənfi təsir göstərə bilər.

Xəbər lenti

Xəbər lenti