...

Saat 15.00-dək 10 dairə üzrə 102935 nəfər (26,32 %) səsvermədə iştirak edib

Siyasət Materials 13 May 2006 16:12 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzində mayın 13-də Azərbaycanda keçirilən təkrar parlament seçkilərində saat 15.00-dək seçicilərin fəallığına dair məlumatlar açıqlanıb. Trend in məlumatına görə, "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev növbəti hesabat saatında mətbuat konfransı keçirib.

O, bildirib ki, səhər saat 10.00-dək 10 dairə üzrə 27 min 309 nəfər - seçicilərin ümumilikdə 6,98 faizi səsvermədə iştirak etmişdi. Lakin saat 15.00-dək artıq 102 935 nəfər - yəni 10 dairə üzrə seçicilərin 26,32 faizi səsvermədə iştirak edib.

Səhər saat 15.00-dək ayrı-ayrı dairələr üzrə səsvermənin nəticələrinə gəldikdə 9 saylı Binəqədi ikinci seçki dairəsində seçicilərin 12,72 faizi, 31 saylı Suraxanı ikinci seçki dairəsində 18,76%, 38 saylı Gəncə-Nizami ikincidə 25,33%, 42 saylı Sumqayıt ikincidə 35,32%, 44 saylı Sumqayıt-Abşeronda 25,00%, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsində 28,61 %, 103 saylı Gədəbəydə 24,95%, 106 saylı Tovuz-Qazax-Ağstafada 21,53 %, 110 saylı Zaqatalada 42,68%, 119 saylı Ağdam kənd seçki dairəsində 25,58 % səsvermədə iştirak edib.

Xəbər lenti

Xəbər lenti