...

Gürcüstanda leysan Laqodexi kəndlərinə ciddi ziyan vurub

Siyasət Materials 15 May 2006 16:12 (UTC +04:00)

Azərbaycanlıların kompakt yaşadığı Gürcüstan rayonlarında dünəndən başlamış leysan kənl təsərrüfatı sahələrini, evlərin birinci mərtəbələrini və zirzəmiləri basıb.

Trend in Gürcüstandakı xüsusi müxbirinin xəbər verdiyi kimi, Gürcüstanın Azərbaycanla sərhəd olan Laqodexi rayonunda leysan Kabala çayının səviyyəsinin artmasına səbəb olub ki, bu da Uzuntala, Zemo Xeçili, Kabala, Afen, Baisubani kəndlərinin su altında qaması ilə nəticələnib. Bu kəndlərin əksəriyyətində azərbaycanlılar yaşayır.

Gürcüstan DİN fövqəladə hallar idarəsindən Trend ə verilən məlumata görə, hazırda xilasetmə işləri aparılır. Fəlakət Laqodexi və Qurcaani rayonlarını birləşdirən Kabala çayı üzərindəki körpünü dağıdıb.

Buna baxmayaraq, yolların və körpülərin bərpası, həmçinin, lazım gələrsə, əhalinin evakuasiyası üçün əlavə qüvvələr səfərbərliyə alınıb.

Hazırda Kaxetdə leysan azalıb və çaylarda suyun səviyyəsi aşağı düşür.

İlkin məlumatlara görə, ziyanın həcmi 2 mln. dollardan çoxdur.

Xəbər lenti

Xəbər lenti