...

ABŞ Transxəzər boru kəmərinin inşası üzrə TİƏ-nin hazırlanması istiqmətində işləri maliyyələşdirmək niyyətindədir

Siyasət Materials 22 May 2006 11:39 (UTC +04:00)

Buş administrasiyası Transxəzər boru kəmərinin inşası üzrə TİƏ-nin hazırlanması istiqmətində işləri maliyyələşdirməyə hazırlaşır. Trend in xəbər verdiyi kimi, bu barədə İTAR-TASSa müsahibəsində ABŞ dövlət katibinin Cənubi və Orta Asiyadakı işlər üzrə köməkçisi Riçard Bauçer bildirib.

Onun sözlərinə görə, ABŞ hökuməti "region ölkələri, xüsusilə Qazaxıstan üçün TİƏ-nin hazırlanmasını maliyyələşdirmək niyyətindədir". Məqsəd boru kəmərinin səmərəli olacağını və fayda gətirəcəyini müəyyən etməkdən ibarətdir". "Biz bu məsələni dövlətlərlə (Xəzər dənizi dövlətləri) müzakirə edəcəyik", - deyə o qeyd edib.

Prezident Corc Buş tərəfindən namizədliyi irəli sürülmüş ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bu ay TİƏ-nin hazırlanması ilə bağlı xərclərin ölkəsi tərəfindən ödənilməsi barədə elan edib. O, ABŞ konqresi senatında çıxış edərək vurğulayıb ki, Xəzərin enerji ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çatdırılması Amerika hökumətinin regionda yürütdüyü siyasətin əsas prioritetlərindən biridir.

Xəbər lenti

Xəbər lenti